Bank Of Baku

Tramp İranla bağlı qərar verməyə tələsmədiyini açıqlayıb

Tramp İranla bağlı qərar verməyə tələsmədiyini açıqlayıb
# 19 noyabr 2026 23:30 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İrana qarşı gələcək addımlarla bağlı qərar qəbul etməyə tələsmədiyini bildirib.

İsrailin “12-ci kanal”ının məlumatına görə, Amerika lideri bunu Çindən Vaşinqtona qayıdarkən təyyarənin göyərtəsindən verdiyi telefon müsahibəsində deyib.

“Mən İranla bağlı hər hansı qərar qəbul etməyə tələsmirəm. Yeni ilin başlanmasından sonra nə baş verəcəyinə baxacağıq”, – deyə Tramp bildirib.

Telekanalın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatların bərpası məqsədilə ABŞ Prezidentinə təzyiq göstərməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR