Bank Of Baku

KİV: Vitkoff Ukraynaya Tomahawk raketləri əvəzinə gömrük rüsumlarından azadolma təklif edib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff

© APA | ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff

# 29 noyabr 2025 21:47 (UTC +04:00)

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna ilə aparılan danışıqlarda Kiyevə “Tomahawk” raketləri almaqdansa, ABŞ-dan gömrük rüsumlarından tam azadolma əldə etməyin daha sərfəli olacağını bildirdiyi iddia olunur.

APA xəbər verir ki, bu barədə ”The Wall Street Journal"ın mənbələrə istinadən yaydığı məqaləsində deyilir.

Nəş qeyd edir ki, oktyabr ayında Donald Tramp Ukraynaya “Tomahawk” raketləri vermək qərarına yaxın olub, lakin Rusiya lideri ilə söhbətdən və Zelenskinin Vaşinqtona səfəri ərəfəsində fikrini dəyişib.

Məlumata görə, həmin vaxt Vitkoff Ukrayna tərəfini inandırmağa çalışıb ki, “bir ovuc raket”lə ciddi nəticələr əldə etmək mümkün deyil və bunun əvəzinə Trampdan Ukrayna məhsullarının 10 il müddətinə gömrük rüsumlarından azad edilməsi barədə qərar tələb etməyi məsləhət görüb. Vitkoffun fikrincə, bu, Ukrayna iqtisadiyyatı üçün əhəmiyyətli stimul ola bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR