Bank Of Baku

Makron hökumətdən Əlcəzairlə bağlı siyasəti sərtləşdirməyi tələb edib

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 07 avqust 2025 01:21 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron hökumətə Əlcəzairə qarşı daha sərt mövqe tutmağı tapşırıb.

APA "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, bu barədə Makronun Fransa Baş naziri Fransua Bayruya ünvanladığı məktubda deyilir.

Prezident 2013-cü ildə imzalanmış və iki ölkə arasında viza rejimini sadələşdirən sazişin dayandırılmasını da tələb edib.

“2013-cü il tarixli, xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejimə dair saziş dayandırılmalıdır,” – deyə Fransa lideri qeyd edib.

Qeyd edək ki, bu qərar Parislə Əlcəzair arasında münasibətlərdə yaşanan gərginlik fonunda qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR