Bank Of Baku

Merz: Ukrayna üzrə Cenevrədə aparılan danışıqlar çox gərgin keçib

Almaniya kansleri Fridrix Merz 

© APA | Almaniya kansleri Fridrix Merz 

# 23 noyabr 2025 23:41 (UTC +04:00)

Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukrayna üzrə Cenevrədə aparılan danışıqların çox gərgin keçdiyi barədə məlumatlar alır.

APA xəbər verir ki, Merz bu fikirləri ProSieben və Sat1 telekanallarına müsahibəsində səsləndirib.

O, ən azı atəşkəs barədə birgə mövqenin razılaşdırılacağına ümid etdiyini deyib.

“Eşidirəm ki, danışıqlar son dərəcə çətin keçib, çünki vaxt çox azdır və məqsəd mümkün qədər tez, ən azından atəşkəsə nail olmaqdır.”

Merzin fikrincə, atəşkəs razılaşması əldə olunarsa, bu, Rusiya ilə mahiyyət üzrə dialoqun başlanmasına şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR