Bank Of Baku

Millerin həyat yoldaşı Qrenlandiyanın ABŞ bayrağının rənglərində xəritəsini paylaşıb - FOTO

Millerin həyat yoldaşı Qrenlandiyanın ABŞ bayrağının rənglərində xəritəsini paylaşıb - FOTO
# 04 yanvar 2026 14:14 (UTC +04:00)

Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller Qrenlandiyanın ABŞ bayrağının rənglərində tərtib olunmuş və üzərində “Tezliklə” (“Soon”) yazısı olan xəritəsini X sosial şəbəkəsində paylaşıb.

APA xəbər verir ki, bu, Danimarkada narazılıqla qarşılanıb.

Danimarkanın ABŞ-dakı səfiri Yesper Meller Serensen bildirib ki, Kopenhagen Vaşinqtondan Danimarkanın ərazi bütövlüyünə hörmət göstərilməsini gözləyir.

Bu arada Britaniyanın “The Guardian” qəzeti yazıb ki, Venesueladan sonra Vaşinqtonun növbəti hədəfləri İran və Danimarka ola bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da çıxışlarında Qrenlandiya ilə bağlı iddialarını dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR