İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB

İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 9 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 24 yanvar 2017 04:57 (UTC +04:00)

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər qarın altından daha iki nəfərin meyitini çıxarıblar.

Bundan əvvəl hadisə nəticəsində 7 nəfərin öldüyü bildirilirdi. Hazırda 20 nəfər itkin düşmüş hesab edilir.

Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Yanvarın 19-da baş verən qar uçqununun güclü zəlzələnin fəsadlardan biri olduğu ehtimal edilir.

***

20:57

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün xilasedicilər qarın altından qadın meyiti çıxarıblar

Bundan əvvəl hadisə nəticəsində 6 nəfərin öldüyü bildirilirdi, 23 nəfər itkin düşmüş hesab edilirdi.

Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Yanvarın 19-da baş verən qar uçqununun güclü zəlzələnin fəsadlardan biri olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR