Bank Of Baku

Oklahomada ammonyak sızıntısı kütləvi təxliyəyə səbəb olub

Oklahomada ammonyak sızıntısı kütləvi təxliyəyə səbəb olub
# 14 noyabr 2025 03:17 (UTC +04:00)

ABŞ-ın Oklahama ştatının Ueterford şəhərində ammonyak sızması ilə nəticələnən ciddi texnogen qəza baş verib.

APA xəbər verir ki, hadisə barədə Associated Press məlumat yayıb. Sızmaya şəhərdəki otellərdən birinin yaxınlığında dayanmış yük avtomobilinin sisterni səbəb olub.

Məlumata görə, onlarla şəxs zərər çəkib, onlardan dördünün vəziyyəti son dərəcə ağırdır, təhlükəsizlik məqsədilə ətraf yaşayış massivlərindən yüzlərlə sakin təxliyə edilib.

Fövqəladə xidmətlər hadisə yerində işlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR