Bank Of Baku

“Politico”: Zelenski təzyiq altında Trampın komandasının sülh planını qəbul etməyə məcbur olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp

# 19 noyabr 2025 16:06 (UTC +04:00)

Ağ Ev yaxın bir neçə gün ərzində Rusiya və Ukrayna arasında gizli sülh planını dünyaya açıqlayacaq.

APA xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə “Politico”ya məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna və Avropa olmadan birbaşa olaraq Moskva ilə sözügedən planı müzakirə edib.

“Ağ Ev plan barədə Zelenskiyə məlumat verəcək və Ukrayna lideri təzyiq altında bu planı qəbul etməyə məcbur olacaq”, - mənbə bildirib.

“Avropalılar isə vecimizə deyil”, - mənbə əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR