Qəbələdə baş verən yanğının ciddiliyi nəzərə alınaraq ETSN fövqəladə iş rejiminə keçib

Qəbələdə baş verən yanğının ciddiliyi nəzərə alınaraq ETSN fövqəladə iş rejiminə keçib
# 01 sentyabr 2017 19:02 (UTC +04:00)

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, yanğının söndürülməsi üçün ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər mövcuddur. Yanğının söndürülməsi işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR