Bank Of Baku

Rodriges: Neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges 

© APA | Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges 

# 21 yanvar 2026 05:23 (UTC +04:00)

Venesuela neft satışından əldə olunan ilk 300 milyon ABŞ dollarını ölkə iqtisadiyyatının möhkəmləndirilməsi və əhalinin gəlirlərinin qorunması üçün istifadə edəcək.

APA xəbər verir ki, bu barədə Bolivar Respublikası prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Hugo Salas kommunasına səfəri zamanı məlumat verib.

Onun sözlərinə görə, neft satışından daxil olan ümumilikdə 500 milyon dolların ilk 300 milyon dolları Venesuela iqtisadiyyatının gücləndirilməsinə, eləcə də əməkçilərin gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəldiləcək.

Rodriges bildirib ki, daxili valyuta bazarındakı dalğalanmaların mənfi təsirini aradan qaldırmaq və bazarın sabitliyini təmin etmək məqsədilə bu vəsaitlər milli banklar və Venesuela Mərkəzi Bankı vasitəsilə dövriyyəyə buraxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR