Bank Of Baku

Moskvada Ukraynanın sabiq Baş naziri Azarovun müşavirinin avtomobili partladılıb - FOTO - YENİLƏNİB

Moskvada Ukraynanın sabiq Baş naziri Azarovun müşavirinin avtomobili partladılıb - FOTO  - YENİLƏNİB
# 13 noyabr 2026 12:08 (UTC +04:00)

Moskvanın Çertanovo rayonunda partlayan avtomobilin Ukraynada dövlət vəzifələrində çalışan 72 yaşlı jurnalist Sergey Zavorotnıya məxsus olduğu məlum olub.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya mətbuatı Zavorotnının Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun müşaviri vəzifəsində çalışdığını bildirir.

Rusiya Telegram kanalların məlumatına görə, partlayıcı qurğu avtomobil alt hissəsinə yerləşdirilib. Avtomobil yolda hərəkət edərkən partladılıb.

Sergey Zavorotnı ağır xəsarət alıb.

***

11:53

Moskvada avtomobil partlayıb.

APA-nın Rusiya bürosu xəbər ki, insident paytaxtın cənubunda, Çertanovo rayonunun Kirovoqradskaya küçəsində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, hərəkətdə olan "Toyota" markalı avtomobil partlayıb. Partlayışın dalğası çox güclü olub.

Bir nəfərin yaralandığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR