Bank Of Baku

Rubio ABŞ-ın müharibəyə son qoymaq təklifi ilə bağlı İrandan bu gün cavab gözlədiklərini bildirib

ABŞ Dövlət katibi Marko Rubio

© APA | ABŞ Dövlət katibi Marko Rubio

# 08 may 2026 16:23 (UTC +04:00)

ABŞ İrandan müharibəyə son qoymaq təklifinə hələ cavab almayıb.

APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.

“Bu gün İrandan cavab gözləyirik. Hələlik onu almamışıq. Ümid edirəm ki, bu, ciddi bir təklif olar. Həqiqətən də belə ümid edirəm”, – o deyib.

Rubio ABŞ-ın NATO-dakı bəzi müttəfiqlərinə güvənmədiyini də qeyd edib: “ABŞ-ın NATO-da olmasının əsas səbəblərindən biri Avropada yerləşdirilmiş qüvvələrə malik olmaq və onları digər mümkün böhran istiqamətlərinə yönləndirmək imkanıdır. NATO-nun bəzi üzvlərinə gəldikdə, bu, artıq belə deyil. Bu, araşdırılması lazım olan problemdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR