Bahar Muradova: "ATƏT PA-nın prezidenti bildirdi ki, Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməkdə maraqlıdırlar"

Bahar Muradova: "ATƏT PA-nın prezidenti bildirdi ki, Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməkdə maraqlıdırlar"
# 11 iyul 2015 11:57 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında ATƏT PA-nın Helsinkidəki illik sessiyasından qayıdan Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

“Bildirdim ki, biz ATƏT PA-nın müşahidə missiyası təşkil edərək, seçkilərdə müşahidəçi kimi iştirak etməsini arzulayırıq. Çünki Azərbaycan demokratik cəmiyyət quruculuğunda çox böyük nailiyyət əldə edib və biz bu seçki prosesini də ATƏT PA-nın iştirakı ilə keçmək istəyirik. ATƏT PA prezidentinin cavabı belə oldu ki, məktubu alıblar, dəvəti müzakirə edərək müvafiq qərar verəcəklər, ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdə maraqlıdır. Onun cavabının məzmunu bundan ibarət oldu", - deyə B. Muradova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR