Müdafiə Nazirliyinin rəhbərliyi milli qəhrəmanın il mərasimində iştirak edib

Müdafiə Nazirliyinin rəhbərliyi milli qəhrəmanın il mərasimində iştirak edib
# 11 aprel 2017 18:10 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Murad Telman oğlu Mirzəyevin Bakının Yasamal rayonunda il mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qəhrəmanın məzarı ziyarət edilərək qarşısına Müdafiə Nazirliyi, Yasamal rayon icra hakimiyyəti və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəhid zabitin yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub, ruhuna dualar oxunaraq ehsan verilib.

Milli Qəhrəmanın anım mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Sabirabad rayon icra hakimiyyətlərinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək, prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR