Ağstafada iki “VAZ” toqquşub, xəsarət alanlar var

Ağstafada iki “VAZ” toqquşub, xəsarət alanlar var
# 25 noyabr 2017 20:04 (UTC +04:00)

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində kənd sakini 1995-ci il təvəllüdlü Kamran Salahov bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza zamanı 1985-ci il təvəllüdlü Vaqif Namazov isə yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR