API: ABŞ-ın neft ehtiyatları azalmağa davam edir

API: ABŞ-ın neft ehtiyatları azalmağa davam edir
# 08 yanvar 2020 09:43 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (30 dekabr – 5 yanvar) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 5,95 mln. barel azalaraq 424 mln. barel təşkil edib.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR