Şamaxıda 17 yaşlı oğlan özünü asıb

Şamaxıda 17 yaşlı oğlan özünü asıb
# 25 yanvar 2017 13:25 (UTC +04:00)

Şamaxı rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 2000-ci il təvəllüdlü Behtiyev Elvin Elçin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Koma vəziyyətinə düşən Elvin Behtiyev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Elvin Behtiyevin atasının sahibkar olduğu bildirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR