Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb

Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb
# 25 dekabr 2019 15:18 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk diyarının şimalında Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə ambulator yardım göstərilib.

Qeyd edək ki, neftçiləri daşıyan helikopterin göyərtəsində 21 sərnişin və 3 ekipaj üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR