Bakı. Fuad Cəfərov – APA. Şahbuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
APA-nın Daxili işlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, iyulun 22-də saat 23.00 radələrində Şahbuz rayonunun Daylaqlı kəndində Naxçıvan şəhər sakini Məhərrəm Əliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Ramin Novruzovu vurub.
Xəstəxanaya yerləşdirilən R. Novruzov iyulun 23-də orada vəfat edib.