Neftçalada Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlər verilib

Neftçalada Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlər verilib
# 10 noyabr 2016 09:56 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fərdi yaşayış evlərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, ictimai birliklərin, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Z.Babayev Azərbaycan prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğısının təzahürü kimi, ölkəmizdə sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb: “Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər cari ildə də uğurla davam etdirilir. Bu il nazirlik tərəfindən Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub”.

Fondun direktoru hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: “Hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman qayğı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə uyğun inşa olunmuş fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

10 fərdi yaşayış evindən 6-ı Qarabağ müharibəsi əlillərinə, 4-ü isə şəhid ailələrinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR