Bank Of Baku

Tramp Bayden dövründə qəbul edilən 200 min qaçqının yenidən yoxlanılmasını əmr edib

Tramp Bayden dövründə qəbul edilən 200 min qaçqının yenidən yoxlanılmasını əmr edib
# 25 noyabr 2025 10:04 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın administrasiyası Bayden dövründə ölkəyə qəbul edilən təxminən 200 min qaçqının statusunun yenidən genişmiqyaslı qiymətləndirilməsinə başlayıb.

APA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Agentliyin əldə etdiyi, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti direktorunun səlahiyyətlərini icra edən Cozef Edlov tərəfindən imzalanmış xidməti memorandumda bütün qaçqınların “təkrar attestasiyadan” keçirilməsi tapşırılır. Sənədin tətbiqi minlərlə insanın ABŞ-dakı gələcək statusuna təsir göstərə bilər.

Memoranduma görə, 20 yanvar 2021-ci ildən 20 fevral 2025-ci ilədək ABŞ-a qəbul edilən bütün qaçqınlar yenidən müsahibədən keçməli və şəxsi işləri tam şəkildə yenidən araşdırılmalıdır. Sənəddə qeyd olunur ki, Bayden administrasiyası dövründə “məqsədəuyğunluq” və “miqdar” “ətraflı yoxlamadan” üstün tutulub və buna görə də Tramp administrasiyası hər bir işə yenidən baxmağı zəruri sayır.

Bu addım qaçqınların statuslarının dondurulmasına, proseslərin ləngiməsinə və bəzi şəxslər barəsində qəbul edilmiş qərarların ləğvinə gətirib çıxara bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR