Bank Of Baku

Tramp İran rəhbərliyini ölüm cəzasına məhkum edilmiş 8 qadını əfv etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 21 aprel 2026 17:40 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İrandan ölüm cəzasına məhkum edilmiş 8 qadının azad olunmasını xahiş edib.

APA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

“Mənim nümayəndələrimlə tezliklə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim. Əminəm ki, onlar sizin bunu etməyinizi çox ehtiramla qarşılayacaq. Xahiş edirəm, onlara ziyan verməyin. Bu danışıqlar üçün çox gözəl başlanğıc olar”, - Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR