BNA: “Qarabağ”-“Çelsi” qarşılaşması zamanı 30 mindən çox sərnişin daşınıb

BNA: “Qarabağ”-“Çelsi” qarşılaşması zamanı 30 mindən çox sərnişin daşınıb
# 23 noyabr 2017 10:28 (UTC +04:00)

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” futbol qarşılaşması zamanı Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30 min 10 nəfər sərnişin daşınıb.

“Prosesə 442 sərnişin avtobusu cəlb edilib. Bununla yanaşı, oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10 min nəfər sərnişinin daşınması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR