Bank Of Baku

Tramp: Suriyada möhtəşəm irəliləyişlər qeyd olunur

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 22 yanvar 2026 14:35 (UTC +04:00)

Suriyanın Prezidenti möhtəşəm irəliləyişlər əldə edib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində çıxışında deyib.

“Bu inkişafdan məmnunuq. Bütün sanksiyaları ləğv etdik ki, onlara nəfəs almaq imkanı verək”, - o bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Suriya lideri çox çalışır. Tramp Əhməd əl-Şaraanın yaxın gələcəkdə bütün məsələləri uğurla həll edəcəyinə inandığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR