Bank Of Baku

Tramp: Ukraynada nizamlanma heç vaxt olmadığı qədər yaxındır

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 16 dekabr 2025 00:49 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsində nizamlanma heç vaxt olmadığı qədər yaxındır.

APA xəbər verir ki, ABŞ lideri bunu Ağ Evdə çıxışı zamanı deyib.

“Düşünürəm ki, hazırda Ukraynada nizamlanmaya heç vaxt olmadığı qədər yaxınıq. Görək, nə etmək mümkün olacaq”, - Tramp qeyd edib.

Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı apardığını da bildirib.

Amerika liderindən son vaxtlar Rusiya prezidenti ilə birbaşa təmasın olub-olmadığı soruşulub. Tramp bu suala qısa şəkildə “bəli” cavabını verib, lakin danışığın detalları barədə açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR