Bank Of Baku

Tramp və Si Cinpin arasında danışıqlar dünyanın iki ən böyük iqtisadiyyatı arasında razılaşma ümidlərini artırıb

Ceymison Qrir

© APA | Ceymison Qrir

# 26 oktyabr 2025 09:54 (UTC +04:00)

ABŞ ilə Çin arasında ticarət danışıqlarının ikinci günü prezident Donald Tramp və prezident Si Cinpin arasında “səmərəli görüş” üçün zəmin yaradır.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir bazar günü Vaşinqtonun Kuala-Lumpurda bildirib.

Onun sözlərinə görə, bu danışıqların olması dünyanın iki ən böyük iqtisadiyyatı arasında razılaşma ümidlərini artırıb.

Qeyd edək ki, ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir və Maliyyə Naziri Skott Bessent may ayından bəri beşinci dəfə üz-üzə keçirilən müzakirələr çərçivəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının toplantısı kənarında Çinin vitse-premyeri Xe Lifenqlə görüşüblər. Hər iki tərəf ticarət müharibəsini yumşaltmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR