Finlandiya da daxil olmaqla hazırkı NATO üzvlərinin alyansdan çıxması üçün heç bir tələb irəli sürülməyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, NATO üzvlərinin alyansdan çıxması Əbu-Dabi danışıqlarında müzakirə olunmayıb.
“Mən bundan xəbərsizəm, xeyr, heç bir tələb irəli sürülməyib. Bu, əlbəttə ki, müzakirə olunmayıb”, - Peskov qeyd edib.
Qeyd edək ki, Almaniyanın "Bild" nəşrinin məlumatına görə, Rusiya nümayəndələri Əbu-Dabidə keçirilən Ukrayna ilə bağlı danışıqlarda" Finlandiyanın NATO-dan çıxmasını və alyansın Baltikyanı ölkələrdəki bazalarını tərk etməsini tələb ediblər.