Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinin yekun Bəyannaməsi imzalanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinin yekun Bəyannaməsi imzalanıb
# 11 sentyabr 2015 14:51 (UTC +04:00)

APA-nın “ca-news.org” saytına istinadən verdiyi xəbərə görə, iştirakçı dövlətlərin başçıları V Sammitin Bəyannaməsinə imza atıblar.

Bununla yanaşı, Şuranın baş katibinin müavini və Türk Mədəniyyət və İrs Fondunun prezidentinin təyin olunması barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR