Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.
O, səfərin sentyabrın 11-i axşam başlayacağını deyib.
B.Kəmalvəndi deyib ki, sentyabrın 12-də AEBA baş direktoru İran Atom Enerji Təşkilatı rəhbəri Məhəmməd İslami ilə görüşəcək.
Görüşdə İran və AEBA arasında perspektiv əməkdaşlıq müzakirə olunacaq.