Xaçmazda iki ay əvvəl maşınla vurulan piyada ölüb

Xaçmazda iki ay əvvəl maşınla vurulan piyada ölüb
# 22 sentyabr 2017 09:46 (UTC +04:00)

Xaçmazda iki ay əvvəl maşınla vurulan piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il iyulun 20-də Xaçmaz rayonunun Seyidli kəndində kənd sakini Rafiq Hacımuradov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Aşağı-Oba kənd sakini Vüsal Hacıyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 21-də orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR