Prezident İlham Əliyev akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 01 iyun 2015 16:08 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademik M. Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR