Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də saat 03.00 radələrində Nobel prospektində yerləşən yataqxanada yaşayan 1953-cü il təvəllüdlü Minzilə Zakiyevanın mənzilinə naməlum şəxs açıq qapıdan daxil olmaqla, bıçaqla hədələyib və 200 manat pulunu quldurluq yolu ilə alıb.
Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan Juravel tutulub.
Faktla bağlı araşdırma aparılır.