Bakıda Aİ-nin maliyyələşdirdiyi tvinninq layihəsinin yekun konfransı keçirilib

Bakıda Aİ-nin maliyyələşdirdiyi tvinninq layihəsinin yekun konfransı keçirilib
# 04 aprel 2018 10:04 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekun konfransı keçirilib.


APA-nın xəbərinə görə, tvinninq layihəsinin bağlanış mərasimində layihə çərçivəsində əldə olunan nəticələr təqdim olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihə çərçivəsində regionlarda böyük işlər görülüb, Azərbaycanda mədəni irsin qorunmasına dair tədqiqatlar aparılıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, layihə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (ENPİ) köməyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilib.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari isə bildirib ki, mədəniyyət sahəsində münasibətlərin və tərəfdaşlıqların inkişaf etdirilməsi ölkələr arasında siyasi məsələlərin inkişafına da öz töhfəsini verir və bu layihə Azərbaycana mədəni irsi iqtisadi bir aktivə çevirmək imkanı yaradır.

Tədbir çıxışlarla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR