Bank Of Baku

Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib

Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
# 11 sentyabr 2026 01:26 (UTC +04:00)

ABŞ-ın 100-dən çox hərbi müşaviri Səudiyyə Ərəbistanında çalışaraq Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı ilə münaqişənin gərginləşməsi fonunda ər-Riyada kəşfiyyat məlumatları və hədəflərin müəyyənləşdirilməsi üzrə dəstək verir.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, əməkdaşlıq bir neçə həftə əvvəl husilərə qarşı mübarizə aparmaq üçün yaradılmış birgə komandanlıq çərçivəsində həyata keçirilir.

ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsinin sözlərinə görə, Səudiyyə Ərəbistanında ümumilikdə təxminən 200 ABŞ hərbçisi fəaliyyət göstərir.

Qeyd olunur ki, ABŞ hərbçiləri birbaşa zərbələrdə iştirak etmir və Səudiyyə hərbi təyyarələrinin yanacaqla təmin edilməsinə də kömək göstərmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR