Bank Of Baku

Vens amerikalıları bir qrup dəli demokrata səs verməməyə çağırıb

Vens amerikalıları bir qrup dəli demokrata səs verməməyə çağırıb
# 11 sentyabr 2026 06:47 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens amerikalıları noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində Demokratlara deyil, Respublikaçılara səs verməyə çağırıb. O, Demokratları bir qrup dəli adlandırıb.

APA xəbər verir ki, Vens bu barədə cümə axşamı Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.

“Bəzi siyasi qərarlarımızla razılaşmadığınıza görə bu ölkəni bir qrup dəliyə təslim etməyin. Mən sizdən hər məsələdə mənimlə razılaşmağınızı istəmirəm. Administrasiyanın atdığı hər addımı dəstəkləməyinizi də tələb etmirəm. Amma sizdən [Respublikaçılar] ilə radikallar arasındakı fərqi görməyinizi və ABŞ administrasiyasının son 18 ayda əldə etdiyi nailiyyətləri qəbul etməyinizi xahiş edirəm. Biz çox iş görmüşük və birlikdə mübarizə aparsaq, daha çox iş görə bilərik”, - Vens deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR