Bank Of Baku

Kuba və Mərakeş arasında diplomatik münasibətlər bərpa edilib

 Kuba və Mərakeş arasında diplomatik münasibətlər bərpa edilib
# 22 aprel 2017 03:49 (UTC +04:00)

Kuba və Mərakeş 37  il əvvəl dondurulmuş  diplomatik münasibətləri bərpa ediblər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatik münasibətlərin bərpasına dair sazişin imzalanma mərasimi Nyu-Yorkda baş tutub.

 

Sənədə iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atıb.

 

Ölkələr arasında diplomatik böhran 1980-ci ildə, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanıyandan sonra baş vermişdi. Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR