Bank Of Baku

Kanadada minlərlə tələbə küçələrə çıxıb, polislə toqquşma yaşanıb

Kanadada minlərlə tələbə küçələrə çıxıb, polislə toqquşma yaşanıb
# 15 noyabr 2026 04:45 (UTC +04:00)

Kanadanın Monreal şəhərində minlərlə tələbə yaşayış və təhsil xərclərinin artmasına etiraz olaraq nümayiş keçirib.

“CTV News” telekanalının məlumatına görə, aksiya tələbə həmkarlar ittifaqlarının birliyini müdafiə edən “CRUES” koalisiyasının təşkilatçılığı ilə baş tutub.

Bildirilib ki, Kanada universitetlərinin minlərlə tələbəsi cümə günü keçirilən nümayişə qatılıb. Fransadakı etirazlardan ilhamlanan tələbələr beş gün ərzində Monreal küçələrində aksiyalar təşkil ediblər.

Nümayişlər zamanı bəzi iştirakçılar Monreal Dünya Ticarət Mərkəzinin binasının şüşələrini sındırıblar.

Etirazçıların bir qisminin polis əməkdaşlarına daş atmasından sonra qarşıdurma yaranıb.

Hüquq-mühafizə orqanlarına hücum etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR