Bank Of Baku

ABŞ-da güclü tornado nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

ABŞ-da güclü tornado nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2017 21:29 (UTC +04:00)

ABŞ-da baş verən tornado nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl İllinoys və Missuri ştatlarında 2 nəfərin öldüyü bildirilirdi.

 

Son məlumata əsasən, təbii fəlakət nəticəsində Missuri ştatında 100-dən çox bina tam və yaxud qismən uçub, güclü külək İndiana ştatında 30 min yaşayış evini elektrik enerjisiz qoyub.  

 

***

 

20:24

 

ABŞ-ın İllinoys və Missuri ştatlarında baş verən güclü tornado nəticəsində iki nəfər ölüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan biri üstünə ağac düşməsi, digəri isə yol qəzasında ölüb.

 

Missuri ştatında bir sıra avtomobil yolları bağlanıb. Hazırda davam edən tornado Texas və Ohayo ştatlarında yaşayan 45 milyon sakinə təhlükə kəsb edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR