Bank Of Baku

ABŞ-da daha bir namizəd ordu naziri olmaqdan imtina edib

ABŞ-da daha bir namizəd ordu naziri olmaqdan imtina edib
# 06 may 2017 01:13 (UTC +04:00)

Prezident Donald Tramp tərəfindən namizədliyi irəli sürülən Tennessi ştatı Senatının üzvü Mark Grin ordu naziri vəzifəsindən imtina edib.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə M.Qrin jurnalistlərə bildirib.

 

Bundan əvvəl M.Qrinin transgenderlərlə bağlı bəyanatları bir sıra Demokrat partiyasının üzvləri və kütləvi informasiya vasitələri tərəfindən tənqid olunub. “Əgər siz psixiatrlardan soruşsanız, onlar transgenderliyin xəstəlik olduğunu deyəcəklər”, M.Qrin bildirib. O, həmçinin bircinsiyyətli nikahların qatı əleyhdarıdır.

 

Xatırladaq ki, fevralda milyarder Vinsent Viola ABŞ-ın ordu naziri vəzifəsindən imtina edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR