Bank Of Baku

ABŞ-da qasırğa 5 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB

ABŞ-da qasırğa 5 nəfərin ölümünə səbəb olub - <span style="color: red;">YENİLƏNİB
# 30 aprel 2017 08:13 (UTC +04:00)

ABŞ-ın Texas ştatında qasırğa dağıntılara yol açıb.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, çoxlu sayda ev dağılıb, avtomobillər devrilib, ağaclar aşıb.

 

Nəticədə ən azı 5 nəfər ölüb, 50 nəfər xəstəxanaya yerləşdirilib.

 

Bundan öncə Missuri və Oklahoma ştatlarında fövqəladə vəziyyət elan edilib. Daşqın Missuri ştatında 1 qadının ölümünə səbəb olub.

 

***

 

saat 09.51

 

ABŞ-da güclü qar yağması və leysan yağışlar təbii fəlakətə yol açıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Missuri ştatında leysan yağışlardan sonra baş verən daşqın bir nəfərin ölməsinə səbəb olub.

 

Daşqınlarla əlaqədar çay sahilində yerləşən 100-ə qədər yaşayış məntəqəsi boşaldılıb. Oklahoma ştatında isə qar və fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Elektrik xətləri qırıldığı üçün ştatda bir çox yaşayış məntəqələri elektrik enerjisindən məhrum olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR