ABŞ-ın Qrinsberq şəhəri yaxınlığında (Luiziana ştatı) ağır yol qəzası baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, minik avtomobili ilə toqquşan məktəbli avtobusu aşıb.
Qəza nəticəsində 11 şagird xəsarət alıb. Avtobusda 40-a yaxın məktəbli olub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Qəzanın səbəbləri barədə məlumat verilmir.