Bank Of Baku

ABŞ-da təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var

ABŞ-da təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var
# 22 fevral 2017 23:57 (UTC +04:00)

ABŞ-ın Konnektikut ştatında uçuş məktəbinə məxsus “Piper PA-38” markalı birmühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, daha 1-i xəsarət alıb.

 

İnsident İst-Heyven şəhəri yaxınlığında baş verib. Təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

 

Qəzanın səbəbləri məlum deyil. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR