Bank Of Baku

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
# 06 noyabr 2015 02:55 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Corciya ştatında “Piper Cherokee” tipli yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.

 

ABŞ Federal Aviasiya İdarəsinin (FAİ) məlumatına əsasən, təyyarə Fort-Pirsdən (Florida ştatı) Haberşem dairəsinə (Corciya ştatı) uçurmuş. Onun Atlanta şəhərindən 120 km şimal-şərqdə meşəlik ərazidə yerə düşdüyü bildirilir.

 

Qəzanın səbəbləri hələlik məlum deyil. FAİ ölənlərin şəxsiyyətini müəyyənləşdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR