Bank Of Baku

ABŞ qitələrarası ballistik raketləri vurmağa qadir sistemi uğurla sınaqdan keçirib

ABŞ qitələrarası ballistik raketləri vurmağa qadir sistemi uğurla sınaqdan keçirib
# 31 may 2017 02:52 (UTC +04:00)

ABŞ hərbçiləri qitələrarası ballistik raketləri məhv etməyə qadir raketi uğurla sınaqdan keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.   

 

Məlumata görə, Kaliforniyada yerləşən raketdən müdafiə sistemindən (Ground-based Midcourse Defense, GMD) buraxılan raket Sakit okeandakı Marşal adasında buraxılan hədəf raketi vurub.

 

 

GMD raketdən müdafiə sistemi 2005-ci ildən  istifadəyə verilib. Kaliforniya və Alyaskada 30-dək bu tip raket yerləşdirilib. 2017-ci il ərzində daha 15 GMD raketi yerləşdirmək planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR