Bank Of Baku

ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb

ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb
# 23 fevral 2017 21:38 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford  ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cozef Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.

 

“ABŞ qanunvericiliyində bizim hərbi sahədə əməkdaşlığımızı əngəlləyən qanun var”, - deyə Danford Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.

 

“Mənim rusiyalı həmkarımla Bakıdakı görüşüm siyasətdə hər-hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur”, - deyə Danford qeyd edib.  

 

Qeyd edək ki, bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford  Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.  

 

Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR