Bank Of Baku

ABŞ müdafiə naziri: “NATO Rusiya üçün təhlükə kəsb etmir”

ABŞ müdafiə naziri: “NATO Rusiya üçün  təhlükə kəsb etmir”
# 28 may 2017 18:33 (UTC +04:00)

“NATO  Rusiya üçün  təhlükə kəsb etmir”.

 

APA-nın məlumatına görə, bunu  ABŞ-ın müdafiə naziri  Ceyms Mettis CBS telekanalına müsahibəsində bəyan edib.

 

“NATO  Rusiya üçün  təhlükə kəsb etmir. Bunu Moskvada gözəl anlayırlar. Bu gün Rusiyanın gələcəyi Avropa ilə bağlı olmalıdır.  Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər. Mən bunu başa düşmürəm”, deyə C.Mettis qeyd edib.

 

Onun sözlərinə görə, Rusiya  NATO-ya qarşı strateji rəqib yolunu seçib. ABŞ-ın müdafiə naziri  həmçinin bildirib ki, əgər Şimali Koreya ilə müharibə baş versə, bu hamı üçün fəlakət olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR