Bank Of Baku

ABŞ qaçqınların qəbulunu dayandırır

ABŞ qaçqınların qəbulunu dayandırır
# 25 yanvar 2017 22:55 (UTC +04:00)

ABŞ müvəqqəti olaraq 120 gün ərzində qaçqınların ölkəyə qəbulunu dayandırır.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp qərar verib.

 

Məlumata əsasən, ABŞ-a  getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) vizaların verilməsi müvəqqəti olaraq dayandırılacaq. Suriyadan olan qaçqınların qəbulu tamamilə dayandırıla bilər.

 

2016-cı ildə ABŞ 85 min qaçqın qəbul edib, onların arasında 12,5 min suriyalı olub.

 

Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniya zamanı immiqrasiya və qaçqın qəbulunu sərtləşdirməyə söz vermişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR