Bank Of Baku

ABŞ Suriyadakı kürd qüvvələrinə silah tədarük etməyə başlayıb

ABŞ Suriyadakı kürd qüvvələrinə silah tədarük etməyə başlayıb
# 31 may 2017 00:14 (UTC +04:00)

ABŞ “Suriya Demokratik Qüvvələri” adlandırdığı (Syrian Democratic Forces, SDF) PYD, YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi  texnika tədarük etməyə başlayıb.   

 

APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.

 

Bundan əvvəl “Röytrers” Vaşinqtonun Rəqqanın azad edilməsi əməliyyatında iştirak edən kürd silahlı dəstələrinə silah tədarük etməyə başladığını bildirib.

 

“Mən təsdiqləyə bilərəm ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın kürd qüvvələri üçün avadanlıqların tədarükünə başlayıb... İlk olaraq odlu atıcı silahlar və nəqliyyat vasitələri tədarük edilir”, - deyə o bildirib.    

 

Qeyd edək ki, bundan əvvəl prezidenti Donald Tramp Suriya kürd qruplaşmalarına minaatanlar və pulemyotlar da daxil olmaqla ağır silahların tədarük edilməsi planlarını imzalamışdı.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR