ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Məlumata əsasən, ABŞ və İsrail liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
“Liderlər Yaxın Şərqin üzləşdiyi təhdidlər və çağırışlara müqavimətin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.
Bildirilir ki, Konqresdə çıxışı zamanı antisemitizm hallarını qınadığına görə Benyamin Netanyahu ABŞ prezidentinə minnətdarlığını bildirib.