ABŞ Maliyyə nazirliyi Venesuelanın vitse-prezidenti Tarek əl-Ayssamiyə qarşı sanksiya tətbiq edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Tarek əl-Ayssami narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinir.
Bundan əlavə Venesuelanın 13 şirkətinə qarşı hüquqi məhdudiyyətlər tətbiq ediləcək.
Venesuelanın dövlət başçısı Nikolas Maduro yanvarın 5-də 47 yaşlı Tarek Əl-Ayssamini yeni vitse-prezident təyin edib. Yanvarın 31-də isə N.Maduro T. əl-Ayssaminin səlahiyyətlərinin genişləndirilməsinə dair fərman imzalayıb. Qeyd edək ki, Tarek əl-Ayssami əslən Suriyadan olan druzdur.